Növbəti Rusiya musiqçisi orkestr çuxuruna düşərək dünyasını dəyişib
Moskvada Böyük Teatrın skripkaçısı Viktor Sedov səhnədə baş vermiş faciə nəticəsində dünyasını dəyişib. ANS PRESS teatrın mətbuat xidmətinin başçısı Katerina Novikovaya istinadən bildirir ki, 65 yaşlı musiqiçi dünən Yeni səhnədə yıxılıb və zədə alıb. Xəstəxanaya aparılan skripkaçı bu gün dünyasını dəyişib.
Sosial şəbəkədə həmkarları onun orkestrin çuxuruna düşərək öldüyünü bildirirlər. Qeyd edək ki, bu, Rusiya teatrlarında ikinci dəfə oxşar ölüm hadisəsidir. Bu il martın 13-də Perm Opera Teatrında baş recissor Olqa Enns də orkestr çuxuruna yıxılaraq başından zədə almışdı və iyirmi gündən sonra keçinmişdi.
Sorğu
Yeni dizaynımız necədir?