Ukrayna Prezidenti Pyotr Poroşenko İtaliyanın Verona şəhərinin fəxri vətəndaşlığından məhrum edilib.
gundemxeber.az xəbər verir ki, bu barədə “Sputnik İtaliya” şəhər şurasının üzvü Vito Komençiniyə istinadla xəbər yayıb.
Komençini qərarın dərhal qüvvəyə mindiyini bildirib.
İtaliyanın Veneto bölgəsinin Rusiya ilə dostluq assosiasiyası Poroşenkodan fəxri adın alınmasını Şəhər Şurasının 30 üzvünün dəstəklədiyini, 3 üzvün isə qərarla razılaşmadığını bildirib.
Qeyd edək ki, Poroşenkoya sözügedən fəxri ad 2016-cı ildə verilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?