Ermənistanın Respublikaçılar Partiyası növbədənkənar parlament seçkisində iştirak etməyə hazırdır.
gundemxeber.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin deputatı və partiya sədrinin müavini Qalust Saakyan deyib.
“Biz partiyamızın iclasında daxili siyasi vəziyyəti müzakirə etdik. Respublikaçılar Partiyası parlament seçkisinin növbədənkənar qaydada keçirilməsini doğru hesab etmir. Parlamentin buraxılması ölkə üçün təhlükəli ola bilər. Respublikaçılar Partiyası bütün variantlara hazırdır və əgər növbədənkənar seçki keçirilsə, biz burada iştirak edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Respublikaçılar Partiyası Serj Sarkisyanın rəhbərliyi ilə xüsusi iclasını keçirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?