Ermənistan paytaxtında siyasi gərginlik yenidən artıb.
GundemXeber.Az bildirir ki, AzadlıqRadiosunun Yerevandan canlı yayımında keçmiş hakim partiyanın parlamentdən getməsini tələb edən yüzlərlə Paşinyan tərəfdarının Milli Məclisin həyətinə daxil olduğu görünür.
Etirazçılar hələ parlamentin binasına girməyiblər. Orada keçmiş hakim partiyanı və iki başqa fraksiyanı təmsil edən onlarca millət vəkili var. Onlar oktyabrın 2-də Paşinyanın “əks-inqilabi” adlandırdığı ziddiyyətli qanun layihəsinə səs veriblər.
Paşinyan prezidentə müraciət edir
Ermənistanın baş naziri Nikol Pashinian ölkə prezidenti Armen Sarkisyana müraciət edərək onu parlamentin oktyabrın 2-də qəbul etdiyi “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişi imzalamamağa çağırıb.
Ermənistan parlamentində 67 səslə qəbul edilmiş qanun Milli Məclisin baş nazir tərəfindən buraxılmasını qeyri-mümkün edir.
Bu qanuna keçmiş hakim Respublikaçı Partiyanın, Tsarukyan blokunun və Erməni İnqilabi Federasiyasının və ya Daşnaksütyun Partiyasının millət vəkilləri səs veriblər. Qanunun əleyhinə yalnız Yolk fraksiyası səs verib.
Paşinyan oktyabrın 2-dən başlayaraq Yerevanda keçirdiyi etiraz mintinqində tərəfdarlarına deyib:
“Qanun 21 gün ərzində qüvvəyə minməlidir. Prezident ya bu qanunu imzalamalı, ya da Konstitusiya Məhkəməsinə müraciət edərək aktın qanuniliyi məsələsini qoymalıdır. Məncə siz mənə səlahiyyət verirsiniz ki, buradan Ermənistan prezidenti Armen Sarkisyana müraciət edərək onu bu qanunu imzalamamağa çağırım”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?