Ermənistanın Baş naziri Nikol Paşinyanı satdılar. “Çiçəklənən Ermənistan Partiyası” (Qagik Çarukyan) və daşnaklar Moskvanı seçdilər.
Bunu Ermənistanda yenidən başlayan kütləvi aksiyalara münasibət bildirən politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Paşinyanın Respublikaçılar partiyasının parlamentdəki lideri ilə görüşündən sonra məlum oldu kı, parlamentdəki hakim partiyanın istəyi seçkilərin yay aylarına qədər uzanmasıdır:
“Paşinyan isə seçkiləri noyabrın sonunda tez-bazar keçirmək istəyir. Məsələnin maraqlı tərəfi ondadır ki, parlament çox cəld şəkildə qanun layihəsi qəbul etdi. Həmin qanuna əsasən baş nazir istefa verərsə, bunun parlamentə aidiyyəti olmayacaq, yəni parlament buraxılmayacaq.
Paşinyanı şoka salan - daşnakların və Çarukyan blokunun qanun layihəsinin lehinə səs vermələridir. Paşinyanın parlamentdəki keçmiş “Yelk” isə, səsverməyə gəlmədi. Beləliklə, Rusiya Paşinyanı siyasi qüvvələrsiz qoydu. İndi o, ancaq xalqa arxanalacaq. Növbədə Rusiya tərəfindən kütlənin “amerikansayağı” ələ alınması olacaq”. Zaur Məmmədovun sözlərinə görə, Paşinyan yaxşı bilir ki, indiki halda xalq onunladır: “Ona görə də o, parlamenti güc yolu ilə işğal etməyə cəhd göstərəcək. Belə vəziyyətlərdə güc strukturlarının kimin tərəfində olması əsas məqamlardan biridir. Beləliklə, bir tərəfdə Paşinyan və onun tərəfdarları - digər tərəfdən siyasi elitanın əksər hissəsi və güc strukturları…”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?