Ermənistan parlamentində əsas üstünlüyə sahib olan Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü başa çatıb.
Görüş “Ermənistan Mariot” otelinin kafesində baş tutub və yarım saat davam edib.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Paşinyan növbədənkənar seçki məsələsinin bir görüşlə həll edilə bilməyəcəyini deyib. O, hazırkı dövrdə Respublikaçılar Partiyasının özünü qeyri-konstruktiv apardığını bildirib:
“Respublikaçılar Partiyası seçkinin 2022-ci ildə keçirilməsini istəyir. Bu yanaşma qeyri-konstruktivdir. Növbədənkənar seçkini xalq istəyir”.
O, parlamentin digər fraksiyalarının rəhbərləri ilə də görüşəcəyini söyləyib:
“Bizim Qagik Çarukyan, Armen Rüstəmyan və Yelk Blokunun nümayəndələri ilə də görüşlərimiz planlaşdırılıb. Lazım olacağı təqdirdə parlamentdən kənar qüvvələrlə də danışıqlar aparacağıq”./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?