Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Suriyaya S-300 zenit-raket komplekslərinin çatdırılmasına dair görüntüləri yayıb. gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, görüntülərə əsasən AN-124 “Ruslan” yük təyyarəsindən S-300 kompleksləri boşaldılır.
Bu görüntülərin yayılmasından əvvəl-oktyabrın 2-də müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə S-300 komplekslərinin Suriyaya çatdırıldığına dair raport verib. Müdafiə naziri bildirib ki, Moskva S-300 komplekslərinin çatdırılması çərçivəsində Suriyaya cəmi 49 vahid texnika daşıyıb. Bura lokatorlar, əsas təyinetmə sistemləri, idarəetmə maşınları və dörd raket-buraxılış qurğusu daxildir.
Şoyqu bildirib ki, Suriya hərbçilərinin bu kompleksləri idarə etməyi öyrənməsi üçün 3 ay vaxt lazımdır. “S-300 komplekslərinin çatdırılması nəticəsində biz 50 kilometrə qədər sahil zonasını və Suriya ərazisinə hava reydlərinin edildiyi əsas istiqaməti-200 kilometr məsafəni nəzarətdə saxlayırıq”-Şoyqu raport verib.
Habelə müdafiə naziri deyib ki, oktyabrın 20-nə qədər Suriya Hava Hücumunan Müdafiə qüvvələrinin vahid sisteminin yaradılması başa çatdırılacaq. S-300 kompleksləri də bu sistemə daxil olacaq.
Rusiya Suriya rejiminə S-300 komplekslərinin verilməsinə dair qərarını ötən ay İL-20 kəşfiyyat-radielektron mübarizə təyyarəsinin Latakiyə sahillərində vurulmasından sonra elan edib. Təyyarə İsrail aviasiyasının Suriya ərazisindəki hədəflərə növbəti zərbələr endirməsi zamanı vurulub. Amma göyərtəsində 16 hərbçinin olduğu təyyarə Suriya raketi ilə vurulsa da Rusiya İsraili günahlandırıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, İsrailin F-16 təyyarəsi həmin vaxt Hmeymim aviabazasına qayıdan kəşfiyyat təyyarəsinin “arxasında gizlənib” və onu hədəfə çevirib. İsrail isə insidentə dair təfərrüatları açıqlayaraq Rusiya təyyarəsinin Suriya hərbçilərinin qeyri-peşəkarlığı nəticəsində vurulduğunu bildirib.
Rusiyanın Suriyaya S-300 kompleksləri verməsi Əsəd rejimi qüvvələrinin hava hücumundan müdafiə imkanlarını şübhəsiz ki, genişləndirəcək. Lakin İsrail bildirir ki, lazım bildiyi məqamda Suriyaya zərbələr endirmək hüququnu özündə saxlayır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?