Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına mane olacaqlarını açıqlayıb.[b][/b]
Gundemxeber.az Publika.az-a istinadla xəbər verir ki, Paşinyan Ermənistanın belə bir imkanının olduğunu deyib.
“Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü, yaxud müşahidəçisi olmayacaq. Azərbaycan bununla bağlı təşkilata müraciət etsə, biz buna mane olacağıq. Ermənistan heç vaxt icazə verməyəcək ki, Bakı bizim üçün ən vacib hərbi-siyasi təşkilatda üzv olsun, yaxud müşahidəçi statusu alsın. Azərbaycanın bu hərbi ittifaqa daxil olması ilə bağlı söhbətlərin əsası yoxdur”, - deyə o bildirib.
Sorğu
Yeni dizaynımız necədir?