GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”

“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”

Tarix: 9-10-2018, 14:49 Bölmə :Dünya Baxış: 482
“Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”


Ukraynanın Çerniqov vilayətində, Müdafiə Nazirliyinin iri silah anbarında ötən gecədən baş vermiş yanğın və partlayışlar davam edir.

GundemXeber.Az Virtualaz.org-a istinadla xəbər verir ki, Kiyevdən təxminən 160 kilometr şərqdə yerləşən silah anbarı Müdafiə Nazirliyinin Mərkəzi raket-artilleriya idarəsinin strukturuna daxildir. Silah anbarının ərazisi 682 hektardan çoxdur və orada 88 min ton döyüş sursatının olduğu bildirilir. Bu, son üç ildə Ukraynada silah anbarlarında baş vermiş sayca beşinci partlayışdır və rəsmi versiya hələlik “səhlənkarlıq” olsa da ekspertlər Rusiyanın növbəti diversiyası barədə danışırlar.

Anbarın ətrafında 16 kilometr radiusda yerləşən kəndlərdən 10 mindən çox insan evakuasiya edilib. Dəmir yol və avtomobil nəqliyyatı dayandırılıb, hava məkanı bağlanıb. Partlayış barədə birinci məlumat yerli vaxtla gecə saat 03.40-da daxil olub. Dərhal Milli polisin, Milli Qvardiyanın, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin xüsusi bölmələri hadisə yerinə göndərilib. Səhər saatlarında partlayışlar nisbətən səngisə də hər 2-3 saniyədə bir mərmi partlayışı baş verir, partlayışların səsi hətta 40 kilometrdən eşidilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı özünün Facebook səhifəsində bildirib ki, partlayışlar anbarın texniki ərazisində başlayıb. Baş qərargah rəisinin başçılığı ilə operativ qrup hadisə yerinə gedib. Baş nazir Vladimir Qroysman da Tvitter-də təcili hadisə yerinə gedəcəyini yazıb.

Partlayışın səbəbinə dair rəsmi versiya hələlik səhlənkarlıq olsa da infrastruktur naziri Vladimir Omelyan hadisəni “Rusiya diversiyasının nəticəsi” adlandırıb. Jurnalist və hərbi icmalçı Yuri Batusov da bu versiyanı dəstəkləyib. “Bu, mərkəzləşdirilmiş şəkildə bizim döyüş sursatı ehtiyatlarımızı məhv edən Rusiyanın növbəti diversiyasıdır”-o yazıb. Jurnalist xatırladıb ki, 2015-ci ildən bəri Ukraynanın silah anbarlarında baş vermiş bütün partlayışlar zamanı Rusiya diversiyası əsas versiya olub. Belə ki, 2015-ci ilin oktyabrında Luqansk vilayətinin Kiyevin nəzarətində olan Svatovo qəsəbəsində silah anbarı partladılıb. 2017-ci ilin martında Xarkov vilayətindəki Balakleya qəsəbəsi yaxınlığında nəhəng silah anbarında partlayış baş verib. Nəticədə tank və artilleriya mərmiləri ehtiyatının 70 faizi məhv olub. Anbarda saxlanılan 125 min ton döyüş sursatının əksəriyyəti sıradan çıxıb. Həmin ilin sentyabrında Vinnitsk vilayətindəki sursat anbarı partlayıb. Orada 83 min ton sursat, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketləri saxlanılırdı. Partlayış və yanğın nəticəsində sursat ehtiyatının üçdə biri məhv olub.


Yuri Butusov hesab edir ki, Çerniqovda sursat anbarını Rusiya ərazisindən qaldırılan pilotsuz təyyarə ilə partlada bilərdilər. Onun təxminlərinə görə pilotsuz aparat Rusiyaya ən yaxın İçnya qəsəbəsi istiqamətindən uçub.

Jurnalistin informasiyasına görə Ukraynada cəmi 14 sursat anbarı qalır və onlardan biri quru qoşunlarının Xmelnitsk vilayətində yerləşən 47-ci arsenalı, Çerkassk vilayətindəki mərkəzi artilleriya sursat bazası, Jitomirdəki artilleriya sursatı bazası daha çox təhdid altındadır.

Botusovun fikrincə təcili bu sursat anbarlarının mühafizəsi gücləndirilməli, hava hücumundan müdafiə vasitələri yerləşdirilməlidir.


* * *12:48

Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi bazanın silah-sursat anbarında baş verən partlayış diversiya ola bilər.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bu versiya üzərində işləyirlər.

Məlumata görə, artıq Xidmətin operativ qrupu hadisə yerində araşdırmalara başlayıb. Faktla bağlı cinayət işi açılıb.

Partlayışdan sonra Ukraynanın baş naziri Qroysman hadisə yerinə gəlib. Onun rəhbərliyi ilə qərargah yaradılıb. Ukrayna prezidenti Petro Poroşenko isə güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə çağırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda baş verən partlayışla bağlı ərazinin yaxınlığında 10 min nəfər evakuasiya olunub. Partlayış baş verən 6-cı Arsenal təxminən 682 hektar ərazidə yerləşir, onun 402 hektarı texniki ərazi hesab edilir.

Hadisə yerinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin 600-dən çox canlı qüvvəsi və 100 texnikası cəlb edilib.

Çerniqov vilayəti təcili yardım stansiyasının yaydığı məlumata görə, partlayışdan sonra tüstüdən özünü pis edən 63 nəfər xəstəxanalara müraciət edib. Partlayış zamanı ölüm faktı hələ ki, təsdiqlənmir.

Hadisənin baş verdiyi yerdən 22 kilometrlik məsafədə olan ərazidə avtomobillərin, qatarların hərəkətinə qadağa qoyulub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukraynada silah anbarında partlayış: insanlar təxliyə edilir, hava məkanı, yollar bağlanıb

    Ukraynada silah anbarında partlayış: insanlar ...

    9-10-2018, 10:15

  • 
  • Azərbaycanda silah anbarında partlayış baş verib — VİDEO + FOTO

    Azərbaycanda silah anbarında partlayış baş verib ...

    27-08-2017, 11:22

  • 
  • FHN-dən silah anbarındakı yanğınla bağlı — MƏLUMAT

    FHN-dən silah anbarındakı yanğınla bağlı — MƏLUMAT ...

    27-08-2017, 16:15

  • 
  • Azərbaycanda silah anbarı partladı: 6 KƏND BOŞALDILDI – ÇOXLU YARALI VAR – YENİLƏNİR

    Azərbaycanda silah anbarı partladı: 6 KƏND ...

    27-08-2017, 13:41

  • 
  • Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb

    Silah anbarında yanğın və partlayışla əlaqədar ...

    27-08-2017, 18:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu