Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır. Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.
***
Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib. Təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib. Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub. Bakı-Quba yolu bağlanıb.
***
Silah anbarında partlayışla əlaqədar 10 təcili yardım göndərilib
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib. Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır. Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib. Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.
***
Hərbi hissənin silah anbarında partlayış – Azərbaycanda
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Müdafiə Nazirliyi xəbər verir ki, nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?