Bir müddət əvvəl Azərbaycan əleyhinə kəskin fikirlər səsləndirən Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin Ermənistana səfər edib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənipərəst deputat Ermənistan Milli Məclisinin sədri Ara Babloyanla görüşüb. Görüşdə Rusiya-Ermənistan parlamentlərarası əlaqələr, əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə mövzusu olub.
Erməni xalqının dostu olduğunu deyən K.Zatulin iki ölkə arasında elmi, mədəni əlaqələri möhkəmləndirməkdən ötrü “Lazarevski klubu”nu təsis etmək ideyasını da irəli sürüb. Bununla da o, Rusiya-Ermənistan əlaqələrini möhkəmləndirməyə xidmət edəcəklərini iddia edib. Bundan əlavə, goruşdə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasının keçirilməsi də müzakirə mövzusu olub. İclasın 29-30 oktyabrda keçiriləcəyi bildirilib.
Məlumata görə, tezliklə A.Babloyanla Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin də görüşü olacaq.
2010-cu ildə Qarabağa qanunsuz gəldiyi üçün Azərbaycan XİN-in “qara siyahı”sında olan ermənipərəst Zatulinin Rusiya-Ermənistan əlaqələrini normallaşdırmaq üçün lobbi fəaliyyətinə başladığı şübhə doğurmur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?