“Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq".[b][/b]
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
Onun sözlərinə görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin Azərbaycanda filialları olacaq.
“Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq”.
Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Mixail Boçarnikovun sözlərinə görə Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?