Dünən gecə Rusiyanın Krasnoyarsk şəhərində öldürülmüş iş adamı Vladimir Popovun qatilləri müəyyən olunub. Rusiya polisi qatillərin və qətlin sifarişçisinin Ermənistan vətəndaşları olduğunu müəyyən edib. Qətl milliyətcə erməni olan iş adamı tərəfindən sifariş edilib və onun icraçıları da ermənilər olublar. Erməni biznesmen rəqibi olan Vladimir Popovu əlverişli tender təklifindən kənara çəkilmək üçün qorxutmaq istəyib. Amma söhbət alınmayıb və iyulun 18-dən 19-a keçən gecə baş vermiş toqquşmada iki nəfər həlak olub. Hadisə anbaan təhlükəsizlik kameralarına qeyd edilib.
Sorğu
Yeni dizaynımız necədir?