“Ermənistanın yeni hökuməti əraziləri Azərbaycana qaytarmağa hazırdır”.
Bu iddia ilə Ermənistanın Demokrat Partiyasının sədri Aram Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin “münaqişənin istənilən həll variantı ərazilərin müəyyən qisminin qaytarılması ilə nəticələnəcək” açıqlamasını şərh edərkən çıxış edib. A. Sarkisyan hesab edir ki, ABŞ səfirinin işğal altındakı ərazilərin qaytarılması ilə bağlı fikirlərini təkcə öz missiyasını başa çatdıran diplomatın son sözləri olaraq qiymətləndirmək olmaz. “Çünki Mills təkcə postunu tərk edən səfir yox, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin nümayəndəsidir. Bu baxımdan, onun fikirləri bütün həmsədr ölkələrin birgə mövqeyi ola bilər”, - deyə o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?