Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryan intihar edib.
GundemXeber.Az xəbər verir ki, onun meyiti Yerevandakı Davidaşen körpüsünün altından tapılıb. Ölkənin İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib ki, 45 yaşlı qadının intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, L.Xaçatryan Yerevanda xəstəxanalardan birində həkim işləyirmiş.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?