Körfəz səfərinə çıxan Türkiyə prezidenti Ərdoğan Səudiyyə Ərəbistanı və Küveytdə görüşlər keçirib.
Gündəm Xəbər-in "Ölkə.Az" xəbər verir ki, Ərdoğan qardaş qırğınından keç kəsin qalib çıxmayacağını vurğulayıb.
Ərdoğan əvvəlcə Səudiyyə kralı Salmanla, sonra isə Küveytdə Küveyt əmiri ilə görüşüb. Türkiyə prezidenti vurğulayıb ki, İslam dünyası birlik və bərabərlik içində olmalıdır.
Səudiyyənin Ciddə şəhərində kral Salmanla nahar yeməyində görüşən Ərdoğan böhranı müzakirə edib. Sonra isə heyətlərarası görüşlər keçirilib.
Ərdoğan sonra vəliəhd şahzadə, baş nazirin müavini və müdafiə naziri ilə də görüşüb. Türkiyə lideri görüşlərdə qeyd edib ki, problemin həlli üçün qarşılıqlı dialoqlar olmalıdır. Böhranın həlli bölgənin xeyrinədir.
Ərdoğan Küveyt əmiri ilə görüşdə də iki ölkə arasındakı münasibətləri müzakirə edib, mövcud münasibətləri inkişaf etdirmək və gücləndirmək mövzusunda razılaşma əldə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?