Camal Qaşıqçı cinayəti ilə bağlı isterik hal yaşanır. İstintaq prosesi vaxt aparır və həqiqət gün keçdikcə üzə çıxacaq.
Bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı rəsmiləri Türkiyədə türk həmkarları ilə birlikdə koordinasiyalı şəkildə çalışır. ABŞ-la Səudiyyənin ikitərəfli əlaqələrinə toxunan nazir iki ölkənin dəmir strateji əlaqələrə malik olduğunu söyləyib. Adil əl-Cubeyr qeyd edib ki, bu fakt dəyişilməz olaraq qalacaq. Səudiyyəli nazir İranın əleyhinə sərt ifadələr işlədib: “Səudiyyə Ərəbistanı Yaxın Şərqdə iki şeylə maraqlanır. Biri Səudiyyə Ərəbistanının işığı, digəri İranın qaranlığıdır”./teleqraf.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?