Düşünürəm ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli, konkret mövqe müəyyən etməlidir.
Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
O, mövcud hakimiyyətin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı konkret mövqeyinin olmadığını bildirib:
“Mən parçalanmış fikirlər eşidirəm, münaqişənin həlli prosesinin müxtəlif elementləri üzərində fikir ayrılıqlarının olduğunu görürəm, indi erməni tərəfinin ümumi mövqeyi yoxdur”.
Robert Köçəryan Baş nazir Nikol Paşinyanın bu məsələ ilə bağlı hələ qərar vermədiyini deyib:
“Bu, çox həssas məsələdir. Bəzi bəyanatlarında problemdən bir qədər uzaqlaşmaq cəhdini görürəm. Amma bu səylər baş tutmayacaq. O, Ermənistanın münaqişədə iştirak dərəcəsini azaltmağa çalışır. Lakin heç kim - nə həmsədrlər, nə də beynəlxalq ictimaiyyət bunu ciddiyə almayacaq.
Manevr üçün bir dəhliz var, lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini tamamilə aradan qaldırmaq üçün kifayət qədər geniş deyil”./Teleqraf.com
Sorğu
Yeni dizaynımız necədir?