“Ermənistanın mürəkkəb coğrafi vəziyyətini anlayışla qarşılasaq da, regionun vəziyyətinin qeyri-sabitliyindən də narahatıq”.
Gundemxeber.Az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
C.Kent Ermənistan hökumətinin onun sözlərini doğru başa düşməsini istəyib.
Onun sözlərinə görə, İran bölgədə sabitliyi pozan əsas qüvvədir: “Sanksiyalar yalnız İranın nüvə silahı yaratmasına görə tətbiq edilməyib. Rəsmi Tehran terrorçuluğu dəstəkləməsinə və sabitliyi pozmasına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb”.
Amerikalı diplomat deyib ki, ABŞ tərəfdaşları və dostlarının dönməz itkilərlə üzləşməməsi üçün onlarla bu istiqamətdə işləmək istəyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?