Kremldə müəyyən ümidlər var ki, Ukraynada prezident seçkilərindən (2019-cu ilin may ayında keçirilməsi –red.) sonra ciddi siyasi dəyişikliklər olacaq və buna görə də Rusiya ən yaxın yarım ildə heç bir hərbi hərəkətə təşəbbüs etməyəcək.
Gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, bu fikri Rusiya hərbi müşahidəçisi Pavel Felqenqauer “Apostrof” nəşrinə müsahibəsində söyləyib.
“Mən düşünmürəm ki, Rusiya Ukraynada seçkilər ərəfəsində Donbasda xüsusi nəyəsə təşəbbüs edəcək. Donbasda vəziyyətin kəskinləşməsini gözləmirəm. Hər halda, seçkilərdən sonra Kiyevdə rejimin dəyişməsinə əhəmiyyətli ümidlər var. Ümidlər var ki, orada Moskvanın razılaşa biləcəyi partnyor çıxacaq. Moskva hələ ki hərbi qərarları istisna edir”, - o bildirib.
Onun sözlərinə görə, Moskva üçün yalnız bir həll var: Belarus variantı. Pavel Felqenqauer qeyd edir ki, bu variant müəyyən nüanslarla bütün Ukraynanın Rusiya protektoratı statusuna qayıdışıdır.
“Əgər bu baş tutacaqsa, onda, əlbəttə ki, Donbas və başqa məsələləri həll etmək olar. Yalnız Krım məsələsi çətindir. Əgər sülh yolu ilə alınmasa, onda artıq başqa variantlar olacaq. Amma belə başa düşürəm ki, seçkilərə qədər heç kəs işə qarışmayacaq”, - hərbi müşahidəçi yekunlaşdırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?