Amerikalı senatorlar Prezident Donald Trampa məktub göndərərək Qaşıqçı cinayətinin birbaşa səbəbkarının vəliəhd Məhəmməd bin Salman olub-olmadığının qəti bir şəkildə ortaya qoyulmasını tələb edib. Məktubu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Bob Corker və komitə üzvü demokrat Bob Menendez göndərib.
“Son yaşananlar fonunda vəliəhd Məhəmməd bin Salmanın cənab Qaşıqçının öldürülməsində günahkar olub-olmamasının spesifik bir şəkildə qərarınızda ortaya qoyulmasını tələb edirik”, - məktubda deyilib./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?