Tiflis Apelyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barəsində birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Gundemxeber.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda iş üzrə prokuror Arçil Tkeşelaşvili bildirib. Tiflis şəhər məhkəməsi bu ilin iyununda Saakaşvili barəsində 6 il qiyabi həbs cəzası çıxarmışdı. Keçmiş prezident 2005-ci ildə sabiq deputat Valeri Qelaşvilinin döyülməsində ittiham olunur. Arçil Tkeşelaşvilinin sözlərinə görə, məhkəmə Saakaşvili üçün cəzanın sərtləşdirilməsi haqqında prokurorluğun xahişini təmin etməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?