Rusiyanın Britaniyadakı hökuməti Krallığın Xarici İşlər Nazirliyinə bu ilin martında Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə cəhdin baş verdiyi Solsberi şəhərindəki insidentlə bağlı vəziyyətə görə nota göndərib.
Bu barədə Rusiya diplomatik nümayəndəliyinin rəsmi saytı məlumat yayıb.
Sənəddə Böyük Britaniyanın beynəlxalq hüquq normalarını pozduğu göstərilir: Moskva "indiyədək Britaniya hökumətinin tam nəzarəti altında təcridxanada qalan Rusiya vətəndaşları haqqında hələ də tam məlumat ala bilmir"
"Xatırladaq ki, Britaniya Rusiya tərəfinin, Rusiya Baş Prokurorluğunun qaldırılmış cinayət işi çərçivəsində hüquqi yardıma dair sorğusu da daxil olmaqla əməkdaşlıq haqqında rəsmi təkliflərindən imtina edib, Sergey və Yuliya Skripal ilə konsul görüşü təşkil etməyib", — deyə səfirliyin məlumatında bildirilir.
Bundan əvvəl Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın və qızının zəhərlənməsində əli olduğu bildirilən 6 rəhbər şəxs Avropa İttifaqının kimyəvi silahların qarşısını almağı nəzərdə tutan yeni rejimi çərçivəsində sanksiyalar tətbiq olunacaq şəxslərin ilkin siyahısına salınıb.
Sorğu
Yeni dizaynımız necədir?