“Gürcüstanda prezident seçkilərinin ikinci turunun ilk 4 saatında seçicilərin 19,6 faizi səs verib”.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze noyabrın 28-də verdiyi ilk media açıqlamasında belə deyib.
Səhər saat 8-də 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb. Xaricdəki məntəqələrin sayı 55-dir. Bundan başqa, ölkə üzrə 11 səyyar məntəqə fəaliyyətdədir. Bunlar istisna hallar üçün yaradılmış seçki məntəqələridir. Gürcüstanda seçki 19-da, xaricdə 24-də başa çatacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi açılıb.
Seçicilərin ümumi sayı 3 528 658 nəfərdir. Prezident seçkisini 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.
Yerli və beynəlxalq müşahidəçilər seçki fəallığını yüksək qiymətləndirir. İndiyə qədər bir neçə seçki pozuntusu qeydə alınıb. Vaşadzenin seçki qərargahından aldığımız bilgiyə görə, Zurabişvili tərəfdarları karuseldən istifadəyə cəhd edib. Faktlar aktlaşdırılıb.
Seçkilərdə iki namizəd - hakim "Gürcü Arzusu" Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q.Vaşadze isə 37,74% səs toplayıb./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?