Ermənistan Qərb strukturları, o cümlədən NATO ilə münasibətlərini dərinləşdirməlidir.Bunu “Biz” blokunun seçkiqabağı siyahısına rəhbərlik edən “Respublika” partiyasının başçısı, Ermənistanın keçmiş baş naziri Aram sarkisyan noyabrın 28-də Gümrüdə seçkiöncəsi təşviqat çərçivəsində deyib.
Qeyd edək ki, Aram Sarkisyan 1999-cu ilin oktyabr ayında parlamentin binasında güllələnmiş baş nazir Vazgen Sarkisyanın kiçik qardaşıdır.
“Biz xarici siyasi münasibətlərimizi diversifikasiya etməli, NATO ilə əməkdaşlığı dərinləşdirməliyik. Azərbaycanın pilotsuz uçuş aparatlarını vurmaq üçün yalnız NATO ölkələrində olan biliklərə yiyələnmək lazımdır”, - o bildirib.
Aram Sarkisyan əlavə edib ki, Ermənistan əvvəlki xarici siyasət kursunu davam etdirərsə, Putinə məktub yazıb Ermənistanı Rusiyanın vilayətlərindən birinə çevirməyi xahiş etmək olar.
Xatırladaq ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?