Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilir.
Gundemxeber.Az xəbər verir ki, “Art Svit” kompaniyasının 200-dən artıq əməkdaşı aksiyada iştirak edir. Onlar əmək haqlarının verilməsini tələb edirlər. 29 noyabrda Malatia-Sebastiya rayonundakı Tıçina küçəsinə çıxan etirazçılar kompaniyanın yerləşdiyi ofisin önünə toplaşıb tələblərini səsləndiriblər. Onların dediyinə görə, bəziləri 3, bəziləri 5 aydır əmək haqqı ala bilmir. Bir çoxları bank borclarının olduğunu bildirib və qeyd ediblər ki, aylardır müdiriyyət onları aldadır.
Hazırda direktor Manvel Karibyanla danışırlar gedir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?