Səudiyyə Ərəbistanı həbsxanalarında məhkumluq həyatı yaşayan hüquq müdafiəçiləri istintaq zamanı ağır işgəncələrə məruz qalıblar.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinə məlumat gedib.
Qəzet bütün işgəncələrlə müşayiət olunan bütün sorğu-sual prosesinin Şahzadə Məhəmməd bin Salmanın (MBS) köməkçisi Səud Əl- Kahtaninin iştirakı və nəzarəti altında keçdiyini bildirir. Məlum olduğu kimi Səud Əl-Kahtaninin adı jurnalist Camal Qaşıqçının öldwrülüməsində bir nömrəli şübhəli şəxs kimi keçir.
“The Wall Street Journal” kral Salmana tabe olan İnsan hüquqları komissiyasının həbsxanalarda qalan səudiyyəli qadın hüquq müdafiəçiləri ilə söhbət etdiyini yazıb. Onların 18-nə qarşı ağır fiziki zorakılıqlar tətbiq olunduğu ortaya çxııb. Səudiyyəli məmurların sözlərinə görə, ən ağır işgəncələri Səudiyyə Ərəbistanlı qadın hüquq müdafiəçisi Lüceyn Əl-Hatlul görüb.
Əl-Kahtani şəxsən onun sorğu-sualında olub. Qadının üzərində suda boğdurulmanın imitasiyası həyata keçirilib. Üstəlik Səud Əl-Kahtani Əl Hatlulu zorlandıqdan sonra öldürülüb kanalizasiyaya atmaqla hədələyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?