PYD terror təşkilatı ilə Əsəd rejimi Haseki şəhəri yaxınlığındakı neft sahələrindən əldə edilən gəliri ortaq paylaşırlar
Bu iddia ilə “Yeni Şəfəq” qəzeti çıxış edib.
Qəzet PYD və Əsəd rejiminin Hasekidə 3-ü aktiv olmaqla 9 neft mədəninə nəzarət etdiyini bildirib. Məlumatda həmçinin Rümeylan bölgəsində olan neft mədənlərinə nəzarətin rəsmi Dəməşq tərəfindən İŞİD-ə verildiyi vurğulanıb.
Razılaşmaya görə, bölgədə çıxan neftdən gələn gəlirin 65%-i Əsəd rejiminə, 20%-i PYD-yə, 15%-i isə İŞİD-ə çatır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?