Ermənistanın Mədəniyyət nazirliyinin əməkdaşları bu gündən tətil keçirdiklərini bəyan ediblər. Onlar nazirlik binasının qarşısına toplanaraq etiraz aksiyası keçirirlər.
Nazirlik işçiləri Nikol Paşinyan hökumətinin qurumun bir hissəsinin Təhsil və Elm nazirliyinə, digərinin isə Şəhərsalma komitəsinə verilməsinə qarşı çıxırlar.
Aksiya iştirakçıları baş nazirin onlarla görüşə gəlməsini tələb ediblər.
Əks təqdirdə onun “sevgi və həmrəyliyini” yoxlamaq məqsədilə özlərinin hökumət binasına yürüyəcəklərini vurğulayıblar.
Qeyd olunur ki, Ermənistanda hökumət strukturlarında aparılacaq islahat proqramına görə 17 nazirliyin ləğv edilərək yerinə 12 müvafiq qurum yaradılması nəzərrə tutulur.
Sorğu
Yeni dizaynımız necədir?