ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri və digər yüksək çinli məmurların istefaya getməsinə baxmayaraq, Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarını dəyişməyəcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə ABC telekanalına açıqlamasında Ağ ev Aparatının rəhbəri vəzifəsini yerinə yetirən Mayk Malvani bildirib.
Bu məsələ ilə bağlı Trampın siyasətinin dəyişməsinin mümkünlüyü barədə sualı cavablandıran Malvani belə deyib: "Xeyr, hesab edirəm ki, Prezident lap əvvəldən insanlara Suriyada daimi qalmaq istəmədiyini söyləyib. İkiillik işin nəticəsini görürüsünüz".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?