ABŞ prezidenti Donald Tramp dünən atdığı tvit-lə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya məsələsinə dair uzun bir danışıq apardığını bəyan etmişdi.
“MƏN GEDİRƏM”
Prezidentlər arasındakı telefon danışığının detallarıyla bağlı “Vaşinqton Post” qəzeti tərəfindən bir iddia ortaya atılıb. İddiaya görə, Tramp telefon danışığında prezidenti Ərdoğana "Suriya sizindir, mən gedirəm" deyib.
“ƏRDOĞANDAN TRAMPA: NİYƏ HƏLƏ DƏ YPG-ni DƏSTƏKLƏYİRSİNİZ”
“Vaşinqton Post” qəzetinin yüksək səviyyəli rəsmilərinə əsaslandırdığı xəbərdə, iki lider arasındakı telefon danışığında prezident Ərdoğanın Trampa, "İŞİD-ın məğlub edildiyini deyirsiniz, ancaq niyə hələ də YPG-li terrorçulara dəstək verirsiniz" deyə sual verdiyi bildirilib.
TRAMPI QƏRARINDAN VAZ KEÇİRMƏYƏ ÇALIŞDILAR
Xəbərdə, Trampın verdiyi bu cavabın Amerika rəhbərliyində dərin bir qarışıqlıq yaratdığı, ABŞ prezidentini çərşənbə günkü yekun açıqlamasından əvvəl yola gətirmək üçün dörd gün səy göstərdikləri bildirilib./Müxalifət.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?