GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir” - TƏHLİL

“Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir” - TƏHLİL

Tarix: 25-12-2018, 12:23 Bölmə :Dünya Baxış: 298
“Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir” - TƏHLİL


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu həftə Rusiyaya səfər edəcək. Xəbər verildiyi kimi, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında deyib.

Rusiya liderinin cavabında diqqət çəkən bir sıra məqamlar Ermənistanda da geniş müzakirələrə səbəb oldu. Putin bir tərəfdən ikitərəfli əlaqələrdə uçub-dağılan heç nəyin olmadığını desə də, müzakirə olunmalı məsələlərin olduğunu vurğulayıb. Üstəlik, Ermənistanın sabiq rəhbərlərinin zamanındakı əlaqələrə istinad etməklə, faktiki olaraq, Paşinyan üçün “yol xəritəsi”ni nişan verib. Həm Robert Köçəryan, həm də Serj Sərkisyan birmənalı olaraq Rusiyaya itaət edən prezidentlər olublar. İndi Ermənistana rəhbərlik edən N.Paşinyanın və onun komandasının Qərbə inteqrasiya xətti tutması şübhəsiz ki, Putini razı sala bilməz. Deməli, 27 dekabrda reallaşmalı olan Rusiya səfəri N.Paşinyan üçün heç də asan keçməyəcək.

Ermənistanın hökumət başçısı Rusiya prezidentinin bir sıra suallarına açıq cavab verməli, həmçinin öhdəliklər götürməli olacaq. Təsadüfi deyil ki, Rusiya XİN başçısı bir müddət əvvəl Rusiya ilə Ermənistan arasında xarici hərbçilərin Ermənistana girişini məhdudlaşdırılmasını nəzərdə tutan sazişin hazırlandığını anons etmişdi. Xüsusilə də ABŞ-ın yüksək çinlisi Con Boltonun İrəvanda səsləndirdiyi bəyanatlardan sonra Kreml Ermənistanın “əl-ayağını” bir yerə yığmaqdan ötrü hərəkətə keçib. KTMT baş katibliyinin faktiki olaraq Ermənistandan alınması, Ermənistanın mövcud hökumətinə qarşı açıq hörmətsizlik, Paşinyanın seçkidəki qələbəsinin bir quru təbrikə belə layiq görülməməsi kimi faktlar işğalçı ölkədə geniş dartışılmaqdadır.

Qarşıdakı səfərin ağırlığı həm də onunla əlaqədardır ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti ilə təbii qazın qiymətini müzakirə edəcək. Hansı ki, bu müzakirələr dekabrın 6-sı Sankt Peterburq şəhərində baş tutmalı idi. “Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Hazırda heç nə deyə bilmərəm, hələlik razılaşmalar yoxdur” - Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasından öncə demişdi.

Ermənistana satılan Rusiya qazının hər min kubmetri üçün qiymətin 2019-cu ilin 1 yanvarından etibarən 150 dollardan 215 dollara satılması gözlənilir ki, bu da İrəvan üçün fəlakətli perspektiv vəd edir. Lakin hələ son qərar verilməyib və Paşinyanın özünü bu səfərdə necə aparacağından çox şey asılıdır. Son müzakirələrdə erməni baş nazirin Putindən uzaq məsafədə əyləşdirilməsi, ondan öncəki Rusiya səfərində administrasiya əməkdaşları tərəfindən ona qarşı sayğısızlıq göstərilməsi bu dəfə də hansısa sürprizlərin ola biləcəyindən xəbər verir. Bundan öncə Paşinyanla S.Lavrov arasındakı söz savaşını, həmçinin Ermənistan hökumətinin təmsilçilərinin Putinin köməkçilərinə sərt reaksiyalarını xatırlamaq da lazım gəlir. Rusiya xarici işlər naziri açıqlamalarının birində demişdi ki, Ermənistanın yeni liderinin ölkəsində vəziyyətin inkişafı perspektivlərini necə qiymətləndirməsi Rusiya üçün çox vacibdir. İstənilən halda söhbət İrəvanın seçmək istədiyi yolla bağlıdır. İrəvan üzünü Qərbə tutursa, Rusiya da bu ölkəyə qazı dünya qiymətinə hesablayacaq.

Ancaq Ermənistanda hələ də ümidlər var ki, Rusiya özünün uzunillik forpostuna yenə güzəştə gedəcək. Erməni mediası yazır ki, əvvəllər tariflərin artırılması ilə əlaqədar erməni liderlər Moskvaya səfər edir, müəyyən razılaşmalar əldə olunurdu və bu dəfə də analoji vəziyyət yarana bilər.

“Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, ekspert Tevan Poqosyan iki ölkə arasındakı münasibətləri şərh edərkən bir sıra maraqlı detallara toxunub. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı bir sıra sahələrdə boşluqlar var ki, onlar açıq şəkildə müzakirə olunmalıdır. “Paşinyan və Putin oturub açıq müzakirələr apardığı kimi, digər sektorların nümayəndələri də danışıqlar aparmalıdır” - o bildirib.

Politoloq Suren Sarqsyan da onunla razılaşaraq deyib ki, yüksək səviyyədə danışıqlar yaxşı keçir, ancaq aşağılarda problemlər mövcuddur. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinə təhdid yoxdur, amma ikinci eşelonda hakimiyyətlərin problemləri var. Ancaq Sarqsyan unudub ki, Rusiyanın birinci şəxsi Paşinyanı təbrik etməyib və KTMT ölkələrindən Qırğızıstanı çıxmaq şərtilə, digər ölkələr də hələlik İrəvana təbrik yollamayıb. Deməli, məsələ “aşağılar”lıq deyil. Ekspert qazın qiymətinə toxunarkən deyib ki, əvvəllər qaz tariflərinin dəyişdirilməsi qış mövsümündən sonra baş verirdi. “Yadımdadır, əvvəllər erməni liderlər Moskvaya gedirdilər və qaz tariflərinin artırılmasının 2-3 aylıq təxirə salınması barədə razılaşma əldə olunurdu. İstisna etmirəm ki, bu dəfə də eyni ssenari təkrarlanacaq” - politoloq deyib. Ancaq onu da o, etiraf edib ki, qaz amili Rusiyanın xarici siyasətində vacib alətdir. İstənilən halda sərt qış öncəsi qazın qiymətinin artırılması xəbərdarlığı erməniləri ciddi təşvişə salıb. Odur ki, nəzərlər Rusiyaya zillənib.

Türkiyə ilə əməkdaşlıq etmək niyyəti puç olan Paşinyan hökuməti Rusiyadan gördüyü soyuq münasibətlərin fonunda qonşu İranla əlaqələrini inkişaf etdirmək istəyir. N.Paşinyan deyib ki, İranla iqtisadi və siyasi əlaqələrin genişləndirilməsində maraqlıdır. Ancaq bir müddət öncə Paşinyan özü etiraf etmişdi ki, İran ətrafında yaşanan hadisələrlə əlaqədar bu ölkə ilə sərhədin bağlanacağı da istisna deyil. İndi İran investisiyasının Ermənistana yatırılmasında maraqlı olduğunu vurğulamaqla Paşinyan Qərbə də mesaj verir və onları Ermənistanı xilas etmək üçün hərəkətə keçməyə çağırır. Ancaq ortada Rusiya amili var. Bütün təhlillər onu göstərir ki, Ermənistan çıxılmaza dirənib və erməni ekspertlərin özlərinin etiraf etdiyi kimi, bu ölkə özünü təcrid edib. Təcriddən çıxmağın tək yolu var: Azərbaycan ərazilərinin işğalına son vermək! Xüsusilə də Rusiyanın əlini Ermənistanın üzərindən çəkməsi maraqlı və Azərbaycan üçün əlverişli situasiya yarada bilər..

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında ki, Rusiyanın Paşinyanı sıxışdırmasından çox da ümidli nəticələr çıxarmadığını vurğuladı: “Kreml Paşinyandan narazı ola bilər, ancaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllinə müsbət yanaşacağını da proqnozlaşdırmıram. Qazın qiymətlərinin qaldırılması Serj Sərkisyanın dövründə də baş verib. Ancaq bu, heç nəyi dəyişməyib”.

Bununla yanaşı, E.Şahinoğlu Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasında yaşananlara diqqət çəkdi. Qeyd etdi ki, Ermənistan hakimiyyətində Qarabağ klanının yerinə Nikol Paşinyanın möhkəmlənməsi bizim üçün məqbuldur: “Azərbaycan prezidenti İlham Əliyev son çıxışında qeyd etdi ki, Ermənistanda Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Çünki İlham Əliyev hər çıxışında Qarabağ klanını kriminal hakimiyyət adlandırırdı və Ermənistan cəmiyyəti də sonda bu fikri qəbul etdi. Ona görə də İlham Əliyev ümid edir ki, yaxın müddətdə Qarabağ münaqişəsinin həllində irəliləyiş mümkündür. Nikol Paşinyan Azərbaycan torpaqlarının işğalında iştirak etməyib. Yəni rəsmi Bakı haradasa Nikol Paşinyanla danışıqlardan müsbət nəticəyə müəyyən qədər ümidlidir. Mümkündür ki, 2019-cu ildə iki ölkənin lideri bir neçə dəfə görüşsün. Ancaq bu görüşlərdən nəticə çıxması üçün Nikol Paşinyanın mövqeyi dəyişməlidir. Nikol Paşinyan ”Qarabağ separatçıları da danışıqlarda iştirak etsin" tələbindən imtina etməlidir. Paşinyanın Qarabağla bağlı mövqeyi eks-prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın mövqeyindən fərqlənməyə də bilər. Yəni Paşinyanın mübarizə apardığı Köçəryanın və Sərkisyanın Qarabağ siyasətini davam etdirməsi mümkündür. Bu halda Bakı ilə İrəvan arasındakı danışıqların nəticəsi olmayacaq. Deməli, rəsmi Bakı da mövqeyini sərtləşdirəcək".

Politoloqun sözlərinə görə, hələ ki Paşinyan Azərbaycanla sülhə ümid verən heç bir açıqlama verməyib. Tam əksinə, Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir: “Paşinyan gələn il Qarabağ münaqişəsinin həllində heç bir addım atmayacaqsa, rəsmi Bakı üçün Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir fərqi olmayacaq. Əsas odur ki, Ermənistan hakimiyyətindəki şəxs işğal altındakı torpaqları azad etməyə hazır olsun”.

E.Şahinoğlu onu da qeyd etdi ki, son bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib: “Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Rəsmi Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək Qarabağ klanını həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Paşinyan qısa müddətdə hökuməti formalaşdıracaq. Bundan sonra rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək, Azərbaycan ordusu fəallaşacaq”.

Heç şübhəsiz, Putin-Paşinyan görüşündə Dağlıq Qarabağdan da danışılacaq. Rusiya rəhbərliyinin Ermənistanın mövcud hakimiyyətindən eşitmək istədiyi məsələlər var və yəqin ki, bununla bağlı konkretlik tələb olunacaq. Əks təqdirdə, Paşinyanın danışıqların formatının dəyişdirilməsi kimi cəhdləri davam edəcək. Dağlıq Qarabağda status-kvonun qalması nəinki bölgə üçün, hətta artıq dünya üçün təhdid sayılır. Necə ki, Amerika nəşri III Dünya müharibəsinin hətta Dağlıq Qarabağdan da başlaya biləcəyi barədə xəbərdarlıq edib. N.Paşinyanın davranışları savaşı tətikləyə və Azərbaycanın “ildırımsürətli hücum”a keçib ərazilərini qaytarması ilə nəticələnə bilər ki, Rusiya bunu qətiyyən istəmir. Hər halda, N.Paşinyana seçkiləri rahat keçirməyə şans yaradan Düşənbə anlaşması Putinin təşəbbüsü ilə əldə olunmuşdu. Azərbaycan konstruktiv mövqe gözləyir və səbri tükənməz deyil, bunu Rusiyada da yaxşı bilirlər. Belarus prezidenti Aleksandra Lukaşenko bu günlərdə xatırlatmışdı ki, vaxtilə S.Sərkisyana 5 rayonu azad etməyi təklif etsələr də, bundan imtina etmişdi. Bu mesaj əslində Paşinyana ünvanlanıb. Yəni Sərkisyanın taleyini yaşamaq istəmirsənsə...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB

    Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB ...

    18-07-2018, 16:56

  • 
  • Paşinyan yenə Rusiyaya səfər edəcək

    Paşinyan yenə Rusiyaya səfər edəcək ...

    24-07-2018, 22:54

  • 
  • Paşinyan Putinlə görüşmək niyyətindədir

    Paşinyan Putinlə görüşmək niyyətindədir ...

    3-09-2018, 11:44

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

    Paşinyan Köçəryana cavab verdi: “Burda küçə ...

    17-09-2018, 12:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu