Türkiyənin Fəratın şərqinə əməliyyatı ərəfəsində Əsəd rejimi güclərinin addımlarının çox yaxşı təhlil edilməsi lazım olduğunu qeyd edən Terrorizm və Təhlükəsizlik eksperti Abdulla Ağar, Suriyada Əsəd güclərinin Münbiçin qərbindəki Arimah mahalına girdiyi xəbərlərini dəyərləndirib.
“Yenisafak.com”-a açıqlama verən Ağar, “Fərat Qalxanı” əməliyyatı ərəfəsində də Əsədə bağlı qüvvələrin bölgəyə göndərildiyi xəbərlərinin qəsdən yayıldığını xatırladaraq, "Rejim bir bölgəyə yerləşib, TSQ-nin irəliləmə xəttini bağlamaq istəmişdi. “Bundan sonra TSQ artıq bölgədə əməliyyat apara bilməz" hissi yaratmaq istəmişdi. Ancaq Afrin əməliyyatı uğurla həyata keçirildi" deyə qeyd edib.
Rusiya ilə koordinasiya edilməlidir
Əsədə bağlı qüvvələrin Münbiçin qərbinə qarşı addımını Türkiyəni məhdudlaşdırmağa yönəlmiş bir hərəkət kimi qiymətləndirən Ağar, belə davam edib: “İçərisində tələlər da ola bilər. Türkiyənin rejimlə və Rusiyaya qarşı-qarşıya gəlməsinə səbəb ola biləcək bir proses başlaya bilər. Rejimin bu addımı Türkiyənin prosesi təkcə ABŞ-la deyil, Rusiya ilə də birlikdə aparmasının lazım olduğunun bir şəklidir bu. Yəni Rusiya “məni prosesdən kənara qoysanız, fərqli bir ssenari də meydançada ola bilər” deyir. Fəratın şərqindəki boşluğun doldurulması məsələsi Rusiya ilə koordinasiyalı aparılmalıdır.
Rusiya “məni formuldan kənara atmayın” deyir
Rejim Türkiyəyə əlini qolunu sallayaraq torpaq buraxarmı? Açığı bu çox çətindir" deyən Ağar, bunları qeyd edib: “Ancaq Türkiyə bir hərəkat icra edəcəksə, bütün bunlara baxmayaraq Münbiçi alar. Meydançadakı real vəziyyətlə masadakı diplomatiyanın da koordinasiyalı getməsi çox böyük əhəmiyyət daşıyır. Vəkalətlər müharibəsində meydança bəzən diplomatiyadan, masadan daha sürətli hərəkət edə bilir. Şərait və şərtlərin çox yaxşı müzakirə olunması son dərəcə mühümdür. Ehtimal olunan bir sülh üçün də bu prosesin koordinasiya içərisində aparılması çox dəyərlidir. Rusiya məni formuldan kənara atmayın deyir".
Sorğu
Yeni dizaynımız necədir?