Kremlin mətbuat katibi Dmitriy Peskov bu xəbərdarlığa əsəbləşib. Peskov yeni bir kimyəvi hücumla bağlı kəşfiyyat məlumatının olmadığını bildirib. Rusiya Suriyadakı Əsəd rejiminin yeni bir kimyəvi hücuma hazırlaşdığı barədə xəbərdarlıq edən ABŞ-ı qınayıb. Peskov deyib: "Əsəd rejiminə qarşı bu təhdidləri qəbul edilməz görürük". ABŞ-ın açıqlamasının hansı əsaslara dayandığını bilmədiklərini qeyd edən Peskov belə bir kəşfiyyat məlumatının olmadığını vurğulayıb: "Suriyada daha əvvəllər İŞİD terrorçuları və digər qruplaşmaların kimyəvi hücumlar təşkil etdiyini bilirik. Amma yenə də təkrar edirik, dəqiq bir kəşfiyyat məlumatı yoxdur".
Qeyd edək ki, Əsəd rejimi ABŞ-ın xəbərdarlığına cavab verməyib.
Sorğu
Yeni dizaynımız necədir?