Rusiya ABŞ, Frans və Britaniyanın Suriyanı vurması ilə bağlı BMT-nin təcili toplantısını çağırıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Xatırladaq ki, ABŞ, Fransa və Britaniya bu gecə Suriyadakı hərbi obyektlərə aviazərbələr endirib.
***
Rusiya BMT Təhlükəsizlik Şurasından ABŞ və müttəfiqlərinin beynəlxalq hüquq normalarının pozulması iddiaları ilə bağlı onları qınayan qərar verməyi tələb edib.
Bu barədə məlumatı Sputnik qeyd edib. Məlumata görə, layihədə Suriyaya qarşı təcavüzkar mövqeyə dərhal son verilməsi və gərginliyi artıracaq hər hansı bir hərəkətə yol verilməməsi də qeyd olunub. Qeyd edək ki, hazırda BMT TŞ-nin iclası keçirilir. İclasda çıxış edən BMT Baş katibi Antonio Quterreş Şuraya üzv ölkələrini Suriyadakı gərginliyi artıran addımlarından çəkinməyə çağırıb.
Rusiyanın BMT-dəki daimi mümayəndəsi Vasili Nebenzya isə ABŞ-ın Suriyadakı hərəkətləri ilə fəlakəti daha da artırdığını və terrorçulara göz yumduğunu söyləyib./realliqinfo.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?