Dələduz iş adamı 70 milyon liranı götürüb aradan çıxıb
Türkiyədə “Səadət piramidası” adı altında qurulan və bir çox vətəndaşın, hətta məşhur şəxslərin pulunun batdığı, daha doğrusu, Mehmet Aydın tərəfindən oğurlandığı “Çifltik bankı” hadisəsindən sonra ikinci maxinasiya vaqiəsi ortaya çıxıb.
Türkiyə mediasının verdiyi xəbərə görə, 5 il öncə başladığı fırıldaq sxemi ilə guya camaatı tanker alaraq səhm sahibi edəcək biznesmen Mustaf Ç. topladığı 70 milyon lira ilə birlikdə yoxa çıxıb.
“Kiçik Amerika” deyə bilinən Giresun vilayətinin Yağlıdərə rayonunda başlayan və İstanbulla ABŞ-ı əhatə edən “Tanker bank” hadisəsinin zərərçəkənlərindən birinin söylədiyinə görə, tanker idarəçiliyi adı altında pul toplayan Mustafa Ç. qurbanlaırnı şübhəyə salmamaq üçün hər ay onlara pullarının bir qismini hissə hissə ödəyib.
H.E. adlı vətəndaş özü kimi piramidanın şirnikləndirici vədlərinə uyan dostlarının məsləhəti ilə “Tanker bank”a əli ilə 175 min lira pul yatdırdığını bildirib. 6 ay boyunca onun hesabına 8 min lira olmaqla pul gəlib. Lakin daha sonra pul axınının davamı birdən-birə kəsilib. Buna görə piramidada iştirak edən digər şəxlərlə əlaqə saxlayan H.E. onların da eyni üsulla aldadıldığını öyrənib.
Mustafa Ç.-nin təkcə Yağlıdərə və Espiye rayonlarında 60-dan çox şəxsin pulunu mənimsədiyi məlum olub. Onların sözlərinə görə, bu işə hətta 200 min dollar yatıranlar var. İlkin rəqəmlərin 70 milyon liradan çox olduğu deyilir.
Araşdırmalar zamanı Mustafa Ç-nin ABŞ-dan gəldiyi və sonra İğdır yolu ilə İrana qaçdığı bilinib.
Ümumiyyətlə, Türkiyə bu cür fırıldaq piramida hadisələri ilə bağlı acı təcrübəyə malikdir.
Məsələn, 80-ci illərin əvvələrində “bankir Kastelli” adı il məşhur olan Cevher Özden adlı iş adamı 550 min vətəndaşdan topladığı 2,5 milyard dollarlıq pulu mənimsədiyi ortaya çıxmış, nəticədə ölkədə hətta iqtisadi böhran baş vermişdi.
Lakin bundan sonra baş verən onlarla bu cür hadisə xalqın dərs çıxara bilmədiyini göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?