"Avropa İttifaqı (Aİ) münaqişə zonalarında, xüsusilə Yaxın Şərqdə və Şimali Afrikada mövcudluğunu artırmalıdır".
Gundemxeber.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Dubravka Şuytsa bildirib. Xanım deputatın fikrincə, Aİ üçüncü ölkələrin, o cümlədən Rusiya və ABŞ-ın qyeri-sabit regionlarda vəziyyətə həlledici təsir göstərməsinə imkan verməməlidir. Onun sözlərinə görə, son illərdə Avropa sərhədlərinə yaxın ölkələrdə bitməyən qeyri-sabitlik, silahlı münaqişələr və "dövlət strukturlarının çöküşü" maşahidə olunur. O, bununla əlaqədar Avropa Şurasına müraciət edərək, Aİ-nin rəhbərliyi altında xaricdə əməliyyatlar keçirilməsi üçün istifadə olunacaq hərbi hissələrin yaradılıb-yaradılmayacağının aydınlaşdırılmasını tələb edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?