Avropa İttifaqına daxil olan ölkələrin hökumətləri Livanın yaraqlı qrupu olan “Hizbullah”ın hərbi cinahını terrorçu təşkilatlar siyahısına salmağa razı olub.
Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirləri bu gün keçirdikləri iclasda yekdilliklə bu haqda qərara gəliblər.
Qərar Britaniya və Niderlandın şiə müsəlmanların hərbi qrupunun Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına salınması ilə bağlı diplomatik təzyiqlərindən sonra verilib. Britaniya və Hiderland hökumətləri “Hizbullah”ın keçən il Boqarıstanda bolqar sürücü və beş israillinin ölümü ilə nəticələnmiş hücumun arxasında olmasını buna başlıca dəlil olaraq gətirib.
İndiyə qədər Avropa İttifaqı Vaşqintonun və İsrailin “Hizbullah”ın terrorçu təşkilatlar siyahısına salınması səylrinə müqavimət göstərirdi. Birlik bunun İranın dəstəklədiyi qrupun hökumətdə təmsil olunduğu Livanda qeyri-sabitliyin artması və Yaxın Şərqdə gərginliyin güclənməsinə gətirib çıxara biləcəyini bildirirdi.
Lakin Bolqarıstanda hücum və “Hizbullah”ın Suriyada müharibəyə daha çox cəlb edildiyi ilə bağlı narahatlıqlar bu addımın atılmasına qarşı çıxanları geri çəkilməyə məcbur edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?