“Bu gün kimsə islam respublikasının şəriət hakimləri tərəfindən həbs, şallaq, qisas və digər cəzalara məhkum edilirsə, o, axirətdə bu cəzalardan azad olacaq”.
Gundemxeber.az Publika.az-a istinaden xəbər verir ki, bunu İranın Xorasan əyalətinin Ədliyyə İdarəsinin rəhbəri Əli Müzəffəri deyib. O bildirib ki, İran İslam Respublikası tərəfindən cəzalandırılmaq axirət əzabını azaldır. Əli Müzəffəri bu fikirləri Xorasan əyalətinin yeni həbsxana başçılarının təqdimat mərasimi zamanı səsləndirib: “Biz islam respublikası siyasi sistemində İmam Zaman və Allahın nümayəndəsi olaraq xalqın işlərinə qarışırıq. Əgər kimsə tağut hakimiyyəti dövründə (Şah dövründə-red.) həbs edilsəydi, bu həbs onun axirət əzabını yüngülləşdirməzdi. Lakin bu gün kimsə islam respublikasının şəriət hakimləri tərəfindən həbs, şallaq, qisas və digər cəzalara məhkum edilsə, o, axirətdə bu cəzalardan azad olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?