Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl Sani, "Suriyanın Ərəb Birliyinə geri dönüşünü rədd edirik. Suriya rejimi ilə normallaşmanı təşviq edicək hər hansı bir işarə yoxdur" deyib.
Sani etdiyi açıqlamada, Əsəd rejimi ilə olan əlaqələrində normallaşmaya getmək üçün hər hansı bir işarənin olmadığı və Qətərin paytaxt Şamdakı səfirliyini təkrar açmağı düşünmədiyini söyləyib. Qeyd edək ki, Suriyanın Ərəb Birliyinə üzvlüyü vətəndaş müharibəsinin baş verdiyi 2011-ci ildə dayandırılıb. Digər tərəfdən, Bəhreyn ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ötən ay 2011-ci ildə bağladıqları səfirliyini yenidən açmış və rejim ilə əlaqə yaratmaq istədiklərini açıqlamışdı. BƏƏ-nin yanında Səudiyyə Ərəbistanı da Əsəd ilə təkrar münasibətlər qurmağa hazırlaşır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?