Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçi dövlətə xəyanətdə günahkar bilib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Müttəhimin təqsirkar olduğunu qəbul etməməsinə baxmayaraq, məhkəmə, şahidlərin ifadələrini dinlədikdən, ekspertlərin sübutlarını, sənədləri və maddi sübutları araşdırdıqdan, müdafiə və ittihamçı tərəfi dinlədikdən sonra onun cinayətin törədilməsində təqsirinin sübuta yetirildiyini hesab edir", - hakim deyib.
Bu gün məhkəmə qərarı oxumağa başlayıb. Amma o, qiyabi hökm olacaq, çünki sabiq prezident 2014-cü ildən bəri ölkə xaricindədir.
Sorğu
Yeni dizaynımız necədir?