FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan "Zaman" qəzetinin Bakı mətbəəsinin sahibi Türkiyədə həbs edilib.
Gundemxeber.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün Azərbaycanın saxlayaraq Türkiyəyə təslim etdiyi İbrahim E. prokurorluqda ifadə verib. Daha sonra məhkəməyə çıxarılan FETÖ-çü haqda həbs qərarı verilib.
Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) haqqında daha əvvəl yaxalanma qərarı çıxarılan İbrahim E.-nin yerini təsbit etdikdən sonra bu barədə Azərbaycan tərəfini məlumatlandırmışdı. FETÖ-çü MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?