“Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan üçün arzuolunan qonaqdır”.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Jurnalistlərin Ermənistan hökumətinin Belarus prezidentilə münasibətlərə dair sualını cavablandıran XİN təmsilçisi bununla bağlı heç bir problemin olmadığı görüntüsü yaratmağa çalışıb.
A.Naqdalyan Lukaşenkonun İrəvana səfərinin gözlənilən olub-olmadığına aid suala cavab verərəkən isə diplomatik kanallarla bu məsələ üzərində işləyəcəklərini bildirib. Ancaq belə bir səfərin nə vaxt baş tutacağına dair fikir söyləyə bilməyib: “Konkret tarix barəsində heç nə deyə bilməyəcəm”.
Xatırladaq ki, Ermənistanın keçmiş və hazırkı hakimiyyətləri müxtəlif səviyyələrdə Belarus prezidentinin Azərbaycanın mövqeyini dəstəklədiyini və bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müttəfiqlik ruhuna uyğun olmadığını bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?