İrəvan Dövlət Universitetinin (YDU), təxminən, 200 əməkdaşı bu gün Ermənistan hökumətinin elmi laboratoriyalarının maliyyələşdirilməsi üçün tenderlərin keçirilməsinə dair qərarına qarşı etiraz aksiyasına başlayıb. Gundemxeber.Az xəbər verir ki, etirazçılar hökumət binasına doğru hərəkət edirlər. "Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin qərarına əsasən, elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər tələb olunur. Bu o deməkdir ki, hansısa özəl şirkət bu tenderlərdə iştirak edə bilər, YDU-nun əməkdaşları isə işsiz qalacaqlar. Bizə bu barədə ilin əvvəlində məlumat verildi, bu qərarı heç müzakirə belə edə bilmədik", - universitet əməkdaşlarından biri deyib. Etirazçıların sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, təxminən, 450 elmi laboratoriya işçisi işsiz qala bilər.
Sorğu
Yeni dizaynımız necədir?