BŞ prezidenti Donald Trampın uzun zaman şəxsi vəkili olmuş Maykl Kohen Senatın Kəşfiyyat Komitəsi qarşısında çərşənbə axşamı ifadə verib.
Kohenin Trampla 10 ildən artıq olan əlaqəsi onu qanuvericilər və Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Trampın şirkətləri ilə mümkün əlaqələrini araşdıran xüsusi təhqiqatçı Robert Müller üçün maraqlı şahid edir.
Kohenin ictimaiyyətə açıq yeganə çıxışı çərşənbə günü olacaq.
Nümayəndələr Palatasının Nəzarət komitəsinin üzvləri onu Trampın maliyyə məsələləri, mümkün biznes maraqlarının toqquşması və Trampla seksual əlaqələrdə olan iki qadının susdurulması üçün ödənilən pullar barədə sorğu-sual edəcək.
Kohen əvvəlki çıxışlarında Konqresə yalan danışmaqda, seçki kampaniyasındakı maliyyə pozuntuları, gizli pul ödənişləri və vergidən yayınmada ittihamı ilə üç il həbsə məhkum olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?