Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantla bağlı sensasion sözlər deyib.
Gundemxeber.az Publika.az-a istinadla xəbər verir ki, “Kanal 7” və “Ölkə TV”nin ortaq yayımının qonağı olan prezident hücumun şəxsi deyil, təşkilatlı bir bir hücum olduğunu vurğulayıb.
Terrorçunun Yutubda yaydığı 74 səhifəlik qondarma manifestə toxunan Ərdoğanun sözlərinə görə¸ onun belə bir manifest yazması mümkün deyil.
“Bunun arxasında bir təşkilat var. Onu tapıblar, manifesti hazırlayıb əlinə veriblər. Çünkü, Qərb mediasının səsi niyə çıxmır?Bir terrorçu ortaya çıxdı, özünə görə ölkəmi iki yerə böldü. “Anadolu tərəfində yaşayarsan, lap yaxşı, Avropa tərəfinə keçməyə çalışarsan, elə edərik, belə edərik” deyir. Oradakı zehniyyətin bir ifadəsi idimi? Çünki, bu şəxsi bir hadisə deyil, təşkilatlı bir hadisədir. Mənim, ölkəmin, Ayasofyanın adını qeyd edir. Ayasofyanı geri alacaqmış. Türk xalqı həmişə bu torpaqlarda yaşayacaq. İstanbulu Konstantinopol edə bilməyəcəksiniz”, - Türkiyə Prezidenti bildirib.
Xatırladaq ki, terror hadisəsi martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə baş verib. Son məlumata görə, hadisə nəticəsində 50 nəfər ölüb, eyni sayda insan yaralanıb. Hadisəni törədən Brenton Tarrant aprelin 5-də məhkəmə qarşısına çıxacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?