ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün təşkil olunan işgüzar naharda iştirak edib.
ABŞ-ın Azərbaycandakı Səfirlyinin məlumatına görə səfir Litzenberger bildirib ki, Amcham Azərbaycanda möhkəm biznes əlaqələrinin qurulması və ölkəyə xarici sərmayənin cəlb edilməsi üçün dövlət qurumları ilə islahatları müzakirə edib.
“Mən Azərbaycanın ABŞ və dünyanın digər ölkələri ilə iqtisadi bağlarının möhkəmləndirməsində böyük potensial görürəm. Dövlət rəsmiləri və biznes liderləri ilə söhbət əsnasında, bu, düşüncələrimdə yalnız olmadığıma əmin oldum,” səfir qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?