Əlcəzair prezidenti Əbdüləziz Buteflika uzun müddət davam edən etirazlardan sonra istefa verib.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunur ki, Buteflika bu gün Konstitusiya Şurasının prezidentini rəsmən dövlət başçısı səlahiyyətlərini dayandırdığı barədə məlumatlandırıb.
Ölkə Konstitusiyasına görə, prezident səhhətinə görə səlahiyyətlərini icra edə bilmirsə, Konstitusiya Şurasına müraciət etməlidir. Bundan sonra prezidentin səlahiyyətlərinin icrası Senat sədrinə keçir.
Beləliklə, Konstitusiya Şurasının qərarından sonra prezident səlahiyyətlərini 3 ay müddətinə Senatın sədri Abdulqədir Bensaleh icra edəcək. Bu müddət ərzində prezident seçkiləri keçirilməlidir.
Onu da qeyd edək ki, 82 yaşlı Buteflika 1999-cu ildən hakimiyyətdədir. Onun səlahiyyət müddəti 28 apreldə bitirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?