Nikol Paşinyan hökumətinin hakimiyyətin strukturu barədə təqdim etdiyi qanun layihəsi baş nazirin səlahiyyətlərini məhdudlaşdırmır, yəni “super baş nazirlik sistemi”ni hələ də qoruyub saxlayır.
Gundemxeber.az xəbər verir ki, bu iddia ilə “168 Jam” qəzeti çıxış edib.
“Hökumət müxalifətin ittihamlarına heç bir əks arqument səsləndirə bilmir. Problem odur ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hakimiyyətin dadını hiss edib və indi də öz səlahiyyətlərini heç bir məsələdə məhdudlaşdırmaq istəmir. O, Serj Sərkisyanın yaratmaqda ittham etdiyi sistemə rahat uyğunlaşıb. Hazırda Paşinyan dövlət başçısı kimi özünün keçmiş bəyanat və vədlərindən imtina etməyə məcburdur”, – deyə məqalədə bildirib.
Sorğu
Yeni dizaynımız necədir?