Qvatemalada prezidentliyə namizəd Mario Amilcar Estrada Orellana, "Meksikalı narkotik qaçaqmalçıları ilə əməkdaşlıq etdiyi" ittihamı ilə ABŞ-ın Miami şəhərində saxlanılıb.
Milli mətbuatda çıxan xəbərlərə görə, prezidentliyə namizəd qeyri-qanuni silah alveri etmək, siyasi rəqiblərinə qarşı sui-qəsd planlaşdırma və Meksikalı narkotik qaçaqmalçılarına Qvatemala limanlarını istifadə etmə təklif etdiyi ittihamları ilə saxlanılıb. Prokurorluqdan bildiriblər ki, "Orellana ölkədə iyunda keçirilməsi planlaşdırılan parlament seçkilərində prezident seçildiyi təqdirdə onu maliyyələşdirən Sinaloa kartelinə ABŞ-a narkotik göndərərkən Qvatemaladakı limanlardan istifadə hüququ verəcəyi vədi verib". Orellananın təqsiri sübut olunarsa, 10 il, yaxud ömürlük həbs cəzası ala biləcəyi bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?